SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunun 22 yaşayış massivində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Report-un yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Belə ki, sabah saat 09:30 radələrindən görüləcək işlər başa çatanadək, “Günəşli” ölçü qovşağından qidalanan yeraltı orta təzyiqli kəmərlərinin kipliyə sınaq edilməsi ilə əlaqədar 22 yaşayış məntəqəsinin (10740 abonent) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən diqqətli olmaları xahiş olunur.

BAKU.WS