SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp Business" 2.23.13.5 beta versiyasında eyni smartfonda birdən çox "WhatsApp" hesabına daxil olmağa imkan verən funksiya sınaqdan keçirilib.

BAKU.WS-in xarici mətbuata istinadən xəbərinə görə, artıq istifadəçilər telefon nömrələri olmadan öz hesablarına daxil ola biləcək.

Proqram istifadəçilərə daxil olmaq istədikləri hesabı seçmək imkanı verən menyu təklif edir. Çox hesablı xüsusiyyət istifadəçilərə şəxsi yazışmalarını və işgüzar söhbətlərini eyni cihazda idarə etməyə imkan verəcək.

Paralel tətbiqlərə müraciət etmədən istənilən vaxt müxtəlif hesablar arasında keçid etmək mümkün olacaq.

Hələlik bu funksiya yalnız "WhatsApp Business"in beta versiyasına əlavə edilib. Lakin növbəti mərhələdə messencerin adi versiyasında da əlçatan olacaq.

BAKU.WS