SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü ilin iyun ayı ərzində Yer kürəsini bir neçə dəfə maqnit qasırğası bürüyəcək. Maqnit qasırğaları bir-birlərindən gücləri ilə fərqlənəcək ki, bu da həssas insanlar üçün bir qədər təhlükəlidir.

BAKU.WS xarici mətbuata istinadən, iyun ayının maqnit qasırğalarının tarixini sizlərə təqdim edir:

Zəif maqnit qasırğaları: 16, 30 iyun.

Orta maqnit qasırğaları: 10, 28-29 iyun.

Güclü maqnit qasırğaları: 18-20 iyun.

Nəzərinizə çatdıraq ki, 1930-cu ildə alimlər sübut ediblər ki, maqnit qasırğaları olan günlərdə telefonlar yaxşı işləmir. Bundan başqa, maqnit qasırğası ürək, qan-damar xəstəliklərindən əziyyət çəkənlərə xüsusilə mənfi təsir göstərir. Mütəxəssislər həmin günlərdə stresdən uzaq durmağı və mümkün qədər çox təmiz hava qəbul etməyi məsləhət görürlər. 

Onu da qeyd edək ki, həmin günlərdə "fast food", yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaları az yemək, siqaret və spirtli içkidən uzaq durmaq lazımdır.

BAKU.WS