SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova yalan məlumatlar yayanlara müraciət edib.

O bildirib ki, sosial şəbəkələrdəki səhifələr reytinq xətrinə yalan məlumatlar dərc etməsinlər.

Qeyd edək ki, Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb.

Onun Qafan rayonunda tutulduğu bildirilib. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO