SİZİN REKLAM BURADA!
055 213 76 73


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azintelecom” MMC-yə yeni mətbuat katibi təyin edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu vəzifə Murad Əhmədova həvalə olunub.

O, bu təyinata qədər şirkətin ictimaiyyətlə əlaqələr bölməsində mütəxəssis kimi çalışıb.

Bundan əlavə, “Azintelecom”un Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Səfər Aslanov Nazirliyin tabeliyində olan “Aztelekom” MMC-yə korporativ kommunikasiya üzrə sektor müdiri təyin edilib.

Xatırladaq ki, nazirliyin “Azintelekom", Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi üzrə ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Eyyubqızı bir həftə öncə işdən çıxıb.

BAKU.WS