SİZİN REKLAM BURADA!
055 213 76 73


“Alatava 1 qəsəbəsində (Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq:

“Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamlandıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”.

Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binalar inşa olunacağını qeyd edib.

BAKU.WS