SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycandakı bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

"İctimaiyyətə Xocalı soyqırımının həqiqətləri çatdırılır. Həm də dini konfessiyalarla birlikdə dünya ictimaiyyətinə ünvanladığımız bəyanatımız da olub. Bir daha onların yadına saldıq ki, dünyada Xocalı soyqırımının təkrarı olmasın. İnanıram ki, dünya ictimaiyyəti bundan dərs götürəcək və bu faciə kimi hadisələr bir daha baş verməyəcək", - A.Paşazadə bildirib.

BAKU.WS