SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, o, paylaşımında bir neçə gün əvvəl verdiyi açıqlamasına aydınlıq gətirib.

Cavidan atasının 40 mərasiminə qədər səhnədən uzaq qalacağını, lakin bunun başqa cür qeyd edildiyini deyib. 

Atasını itirən aktyor bir müddət səhnədən uzaq olacağını desə də, sosial şəbəkələrdə bunun başqa cür yazıldığını bildirib:

“Demişəm ki, atamın 40 mərasiminə qədər efirlərdir, səhnədir, musiqidir - bu işləri dayandırıram, səhnəyə çıxmayacağam! Amma yazırlar ki, Cavidan Novruz deyir ki, daha səhnəyə çıxmayacağam! Niyə bu şəkildə hər şeyi iyrəncləşdirirsiniz? Bunu bu günlərdə niyə edirsiniz ki? Çox xahiş edirəm, mənimlə işiniz olmasın! İmkan verin, çəkilim bir kənara, dərdimi çəkim! Özümü toparlayım, çox xahiş edirəm".

BAKU.WS