SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün axşam saat 18:00 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlim keçirəcək.

BAKU.WS-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, təlimə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

BAKU.WS