SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə bir neçə şəhər və rayonlarda toplanan yardımlar Cənub bölgəsindən yola salınıb.

Göndərilən ləvazimatlar isə, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar, generator və digər zəruri əşyalardır.

Yardım karvanı Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana yol şəraiti nəzərə alınaraq tez bir zamanda çatdırılması üçün dayanmadan hərəkət edəcək.

Qeyd edək ki, qardaş ölkəyə humanitar yardımlar davam etdirilir və növbəti günlərdə yardım karvanı yenidən yola salınacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS