Türkiyədən təxliyə edilən Azərbaycan vətəndaşlarının daha bir qrupu Bakıya çatıb - FOTO
Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı Beynəlxalq Avtovağzalına çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sayca səkkizinci reysdə 20 həmvətənimiz ölkəyə qayıdıb.
***11:55
Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı Beynəlxalq Avtovağzalına çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu avtobusla 47 nəfər Vətənə qayıdıb. Bu, zəlzələdən sonra Türkiyədən vətəndaşlarımızı təxliyə edən sayca yeddinci avtobusdur.
***07:00
Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən avtobus səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalına çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 10-TB-307 dövlət nömrə nişanlı avtobusunda 40 nəfər Vətənə qayıdıb. Onların əksəriyyəti tələbədir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 17 674 nəfərə çatıb. Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.
Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.
Qalereya
Oxşar xəbərlər
Proqnozu doğru çıxan alim: “9 bal gücündə zəlzələ olacaq”
Dünyaca məşhur holland zəlzələ mütəxəssisi Frenk Huqerbits daha bir təbii fəlakətlə bağlı xəbərdarlıq edib.BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ali...