SİZİN REKLAM BURADA!
055 213 76 73


Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb.

Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.

BAKU.WS