SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. General xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Digər sərəncamla, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov daxili işlər nazirinin yeni müavini təyin olunub.

***12:03

Daxili işlər nazirinin müavininin təqaüdə göndərildiyi iddia edilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, iddialara görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb.

Əmrə əsasən, nazirin müavini, polis general-leytenantı Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, o, 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.

1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.

Xatırladaq ki, 2022-ci il dekabrın 8-də ölkə başçısının sərəncamı ilə, Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

BAKU.WS
QALEREYA