VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə (KTM) çalışan tibb və qeyri-tibb işçiləri üçün xüsusi geyim formaları hazırlanıb. Bundan sonra Mərkəzdə fəaliyyət göstərən hər bir həkim, tibb bacısı, xəstə baxıcısı, sanitar işçi, porter və mühafizəçilər xüsusi geyim formalarından istifadə edəcək. Eləcə də cərrahi əməliyyatlara girən hər bir tibb işçisi mütləq “Əməliyyatxana geyimi” uniformasını geyinəcək.

Bu barədə BAKU.WS-ə Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.

Bu xüsusi geyimlərin gələcəkdə ölkə üzrə digər dövlət tibb müəssisələrində də tətbiq olunacağı gözlənilir. KTM üçün hazırlanmış uniformaların Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətində təqdimatı həyata keçirilib. İdarə Heyəti tərəfindən bəyənilmiş və KTM üçün seçilmiş bu xüsusi geyimlərin digər tibb müəssisələrində də istifadə olunması tövsiyə olunub.

7 adda olan bu xüsusi geyimlərdən KTM üçün ümumilikdə 3 min ədəd sifariş verilib və onun böyük bir qismi artıq Mərkəzə təhvil verilib.

KTM üçün xüsusi geyim formaları aşağıdakı rənglərdə hazırlanıb:

Həkim geyimi – ağ, tünd göy;
Tibb bacısı geyimi – tünd qırmızı;
Xəstə baxıcısı geyimi – narıncı, göy;
Sanitar işçi – sarı, qəhvəyi;
Əməliyyatxana geyimi – yaşıl rəng;
Porter – firuzəyi;
Mühafizə – tünd göy.

Qeyd edək ki, bu xüsusi geyimlər Kliniki Tibbi Mərkəzlə yanaşı Mərkəzin nəzdində fəaliyyət göstərən digər xəstəxanalarda da tətbiq olunacaq.
Fevral ayı ərzində bütün personal bu geyimlərə keçəcək.

BAKU.WS
QALEREYA