SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gündür ki sosial şəbəkələrdə ətin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır. Mal ətinin qiymətinin 10-11 manatdan 13-14 manata, quzu ətinin isə 14 manatdan 16-17 manata yüksəldiyi deyilir.

İddiaların doğruluğunu yoxlamaq üçün Baku TV əməkdaşları ət satış məntəqələrinə yollanıblar.

Müşahidələr göstərir ki, bəzi yerlərdə mal ətinin qiyməti dəyişməsə də, əksəriyyətində 50 qəpik bahalaşma var.

Quzu ətinin qiymətində isə bir manat artım müşahidə olunur.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO