133 uşağın dərsə davamiyyəti bərpa edilib

133 uşağın dərsə davamiyyəti bərpa edilib
Sosial 69

2025-ci il ərzində Sosial Xidmətlər Agentliyinin sosial işçiləri 414-ü yeni olmaqla, ümumilikdə 685 məktəbə səfər edib və əməkdaşlıq edilən məktəblərin sayı 1140-a çatdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Agentliyin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Qeyd olunan dövrdə 1392 uşaq məktəbdə ilkin qiymətləndirmədən keçib, vəziyyəti daha riskli olan 320 uşağın ailələrinə isə ətraflı qiymətləndirmə aparmaq məqsədilə səfərlər təşkil edilib.

Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, 133 uşağın dərsə davamiyyəti bərpa edilib. Baxımsız və kimsəsiz uşaqlar Agentliyin Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri fərdi təhsilə yönləndirilib. Həmçinin, loqopedə müalicə olunaraq müsbət nəticə göstərən uşaqlar da olub.

Təhsildə sosial iş xidməti çərçivəsində 142 ailəyə fərdi inkişaf planı tərtib edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Bu ilin əvvəlindən Azərbaycanın əhalisi 11 min 99 nəfər artıb. BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı 0.1 faiz arta...

133 Sosial 19:58 17 avqust 2026

Son xəbərlər