129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı?

129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı?
Video
Sosial 33

Sosial şəbəkələrdə satış səhifələrinin sayı artdıqca onlayn alış-verişlə bağlı vətəndaş şikayətləri də çoxalır.

Baku TV xəbər verir ki, bu dəfə şikayətlər "Instagram"da fəaliyyət göstərən və 129 minə yaxın izləyicisi olan "Giftbaku" səhifəsi ilə bağlıdır.

Sifariş verdiklərini bildirən bəzi vətəndaşlar iddia edirlər ki, məhsulun az sayda qaldığı bildirilib və onlardan əvvəlcədən tam ödəniş tələb olunub. Ödəniş etdikdən sonra isə səhifə tərəfindən bloklanıblar.

Şikayətçilərin sözlərinə görə, səhifənin təqdim etdiyi ünvanda mağaza olmayıb. Vətəndaşlar iddialarını təsdiqləyən yazışmaları və ödəniş görüntülərini də sosial şəbəkələrdə paylaşıblar.

Bəs sosial şəbəkədə qarşımıza çıxan satış səhifəsinin etibarlı, yoxsa saxta olduğunu necə müəyyən etmək olar?

Media və kibertəhlükəsizlik üzrə ekspert Vüsal Məmmədzadə bildirib ki, ilk növbədə səhifənin keçmişinə diqqət yetirmək lazımdır. İzləyici sayının çox olması onun etibarlı olduğunu göstərmir:

"Süni yollarla izləyici sayını artırmaq mümkündür. Buna görə də səhifənin əvvəlki paylaşımları, müştəri rəyləri və aktivliyi araşdırılmalıdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər