SİZİN REKLAM BURADA!
055 213 76 73


Erməni işğalına qarşı Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlı gənc üçün əsl qəhrəmanlıq məktəbidir.

BAKU.WS xəbər verir ki, könüllü olaraq Milli Ordumuzun sıralarına qoşulan yüzlərlə lənkəranlı gənc də bu müharibədə düşmən ordusunun darmadağın edilməsində rəşadət nümayiş etdirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışı ilə ayağa qalxan bu gənclər “Hər şeydən öncə Vətən!” deyib cəbhəyə yollanaraq, işğal altında olan şəhər və kəndlərimizin azad olunmasında fəal iştirak ediblər. Onlardan bir çoxu döyüşlərdə qəhrəmancasına şəhid olub, ağır yaralanıblar.

Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim əziz tutulur, şəhid ailələrinin qayğıları, onların üzləşdiyi problemlərin vaxtında və operativ həll olunması üçün lazımi tədbirlər görülür.

Rayonda şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində də işlər aparılır. Küçələrə şəhidlərin adları verilir, xatirə guşələri yaradılır, onların xatirəsinə bulaqlar açılır.

Rayonda növbəti belə bir abidənin - Girdəni kəndində şəhid Qurbanov Emil Vaqif oğlunun şərəfinə inşa edilmiş bulağın açılışı olub.

“Şəhid bulağı”nın açılış mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində Zəfəri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik sərkərdəliyi ilə qazanılan tarixi qələbənin təntənəsidir.

Düşmənin məhvi ilə başa çatmış bu Qələbə xalqımıza böyük sevinc bəxş edib, torpaqlarımız düşmən işğalından azad olunub.

Bütün bunlara, əlbəttə, rəşadətli Azərbaycan Ordumuzun gücü, şəhid və qazilərimizin qanı ilə nail olunub. Onlar əsl qəhrəmanlardırlar.

Şəhid Emil Qurbanov da bu qəhrəmanlardan biridir. Ehtiyatda olan zabit ailəli olmasına baxmayaraq, çağırış məntəqəsinə gəlib, döyüş bölgəsinə göndərilməsini xahiş edib.

Döyüşlər zamanı Emil Qurbanov düşmən ordusunun məhv edilməsində qəhrəmancasına vuruşub.

Əsl vətənpərvər kimi əsgər yoldaşları ilə döyüşə atılan Emil düşmənə ağır zərbələr vuraraq torpaqlarımızın azad olunmasında böyük şücaət göstərib. Lakin cəsur döyüşçü son döyüşündə qəhrəmancasına şəhid olub.

Mərasimdə çıxış edənlər şəhidlərin adlarının əbədiləşdirilməsinə və şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

BAKU.WS
QALEREYA