SİZİN REKLAM BURADA!
055 213 76 73


9 iyul Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.

Xarici İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib və məzarı önünə əklil qoyublar.

Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

BAKU.WS
QALEREYA