SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda dəbdəbəli və bahalı evlər hər an maraqla qarşılanır. Daşınmaz əmlak nə qədər dəbdəbəlidirsə, onun qiyməti də bir o qədər baha olur.

BAKU.WS xəbər verir ki, maliyyə imkan verirsə, istək və arzu varsa, paytaxtda hər zövqə uyğun villa tapmaq mümkündür.

Rahat istirahət etmək üçün insana nə lazımdır? Çox yataq otağı, yay mətbəxi, jakuzi, masaj otağı? Bu suala qəti cavab yoxdur. Hər bir insanın öz rahatlıq və gözəllik anlayışı var.

Paytaxt Bakının əmlak bazarında hazırda mövcud olan ən bahalı evləri təqdim edirik.

Reytinqi tərtib etmək üçün TUT.AZ pulsuz elanlar saytından istifadə etdik.

1. Badamdar qəsəbəsində villa - 4.750.000 AZN

3 mərtəbəli, 11 otaqlı, 1100 kv.m. 28 sot ərazidə

 2. Badamdar qəsəbəsində villa - 3.000.000 AZN

3 mərtəbəli, 14 otaqlı, 600 kv.m. 6 sot ərazidə

3. Həzi Aslanov kəndində villa - 2.550.000 AZN

2 mərtəbəli, 5 otaqlı, 556 kv.m. 11 sot ərazidə

 4. Akademik Həsən Əliyev küçəsində villa - 2 500 000 AZN

3 mərtəbəli, 10 otaqlı, 670 kv.m. 6 sot ərazidə

 5. Atatürk prospektində villa - 2 200 000 AZN

4 mərtəbəli, 12 otaqlı, 1000 kv.m. 9 sot ərazidə

 

BAKU.WS