SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunmaqdadır.

BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda hazırda hərəkətdə əsas çətinlik Heydər Əliyev prospekti NİİM-in inzibati binasının yanından H.Əliyev Mərkəzinədək (şəhər istiqaməti) köməkçi və əsas yolda, metronun “Koroğlu” stansiyası istiqamətində isə köməkçi yolda Bağırov körpüsünədək nəqliyyat vasitələrinin sıxlığı müşahidə edildiyi bildirilir.

Sıxlıq olan bütün küçə və prospektlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var. Hazırda sıxlıq olan küçə və prospektlər;

- Tbilisi prospekti – şəhər istiqamətində və 20 yanvar dairəsi istiqamətində sıxlıq
- 3 mkr dairəsi sıxlıq - Asif Məhərrəmov küçəsi və Ceyhun Səlimov küçələri sıxlıq
- Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsində sıxlıq
- Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində sıxlıq
- Mustafa Kamal Atatürk prospekti – Gənclik metrosundan Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
- Azadlıq prospekti ilə Salatın Əsgərova küçəsinin kəsişməsi sıxlıq
- Mikayıl Useynov prospekti –Azneft dairəsi istiqamətində sıxlıq
- Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq
- Koroğlu Rəhimov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq
- 28 may küçəsi – Azadlıq prospekti ilə kəsişmə sıxlıq
- Üzeyir Hacıbəyov küçəsi – Cavanşir körpüsünün üstü sıxlıq
- Rəşid Behbudov küçəsi –Mərkəzi Banka qədər sıxlıq

BAKU.WS