SİZİN REKLAM BURADA!
055 213 76 73


"Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 20 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

"Əməkdaşlarımız Bakı, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə vətəndaşlarımıza müvafiq sənədləri yaşadıqları ünvanlarda təqdim edib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə isə möhkəm cansağlığı arzu edirik", - o əlavə edib.

BAKU.WS
QALEREYA