SİZİN REKLAM BURADA!
055 213 76 73


“EQIS Əczaçılıq Zavodu” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından həmin seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərara alınıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQIS Əczaçılıq Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb.

Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi gələn ilin martınadək olan “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlərin ölkəmizə idxalı və topdan və pərakəndə satışı qadağan edilib.

BAKU.WS