Zülfiyyə Xanbabayeva: "Öyrəndim sevməyə…"
Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib.
BAKU.WS xəbər verir ki, "Öyrəndim sevməyə" adlı bəstənin sözləri Nəriman Abbaszadə, musiqisi isə İsmayıl Əsədova məxsusdur.
Nəğmənin aranjimanı Samir Sultanova, səs prodüseri İsmayıl Əsədova və səs uzlaşması Emin Kərimə (STKHA) məxsusdur.
Xalq artisti mahnı üçün fotosessiya etdirib.
Xanbabayevanın şəklini Vüsal Adıgözəlov çəkib və stili üzərində Elnur Həsənov çalışıb.
Qeyd edək ki, Xalq artisti sözügedən mahnını ilk dəfə "Dream Fest"də səsləndirib. Layihənin prodüseri Nigar Hacızadə və menecer isə Veysəl Əsgərzadədir.
"Öyrəndim sevməyə" artistin rəsmi yutub kanalı və bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
Oxşar xəbərlər
Gülşən reklam müqaviləsindən 20 milyon qazanıbmış
Türkiyəli müğənni Gülşən bu dəfə səhnə çıxışları ilə deyil, imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, iddialara görə, tanınmış ifa...