Zenfira İbrahimova ad günü üçün məşhur müğənnini Azərbaycana gətirtdi

Məşhur müğənni Zenfira İbrahimova özünə təmtəraqlı ad günü keçirib.
BAKU.WS xəbər verir ki, paytaxtın dəbdəbəli məkanlrından birində baş tutan məclisdə sənətçi yaxınları və dostları ilə yeni yaşını qeyd edib.
Məclisdə şou-biznesin demək olar ki, bütün tanınmış simaları yer alıblar. Onlar Zenfiranı yeni yaşı münasibətilə təbrik edərək gələcək həyatında uğurlar arzu ediblər.
Şou əhli məclis başlayandan bitənə qədər oxuyub və oynayıb.
Müğənni Manaf Ağayev çıxış edərək həmkarı və yerlisi Zenfira haqqından xoş dilək və arzularını bildirib.
İfaçının ad günündə türkiyəli müğənni Orhan Ölmez də iştirak edib. İbrahimova onu xüsusi olaraq ad günü üçün Türkiyədən gətirdib. Məclisdən olan görüntülərin bəzilərini shownews instaqram səhifəsi paylaşıb.
İbrahimovanın doğum günü məclisində Xalq artisti Aygün Kazımova da yer alıb. O məclisin xüsusi qonağı kimi dəvət edilib.
Oxşar xəbərlər
Elşən Orucov "Uzak şehir"in çəkiliş meydanında
Aktyor Elşən Orucov Türkiyəyə gedib. BAKU.WS xəbər verir ki, aktyor "Uzak şehir" serialının çəkiliş meydanında olub. Bu barədə Elşən sosial şəbəkə hesabında bi...
