Zəhərli zobdan əziyyət çəkən Fatimə: "5 qurbağa boynumda öldü"
Rəqqasə Fatimə Fətəliyeva bir zamanlar zəhərli zob xəstəliyindən əziyyət çəkdiyini və təbii üsulla bundan qurtulduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə qonaq olduğu "Gün ortası" verilişində danışıb.
Fatimə qeyd edib ki, zəhərli zobdan 5 qurbağa sayəsindən xilas olub:
"Əsəb həyatda hər şeydən önəmlidir. Mən əsəb və stressdən müalicə aldım. Zəhərli zob diaqnozu qoyuldu. İstanbulda da, Bakıda da eyni sözü dedilər. Buna görə də ömürlük dərman içməli idim. Daha sonra qarşıma elə bir insan çıxdı ki, o məni bu xəstəlikdən qurtardı. 5 ədəd qurbağa mənim boynumda öldü. Beləcə zob xəstəliyim də bitdi. Artıq 7-8 ildir ki, mən o xəstəlikdən müalicə olunmuşam. Qan analizlərim də təmiz çıxır".
Ətraflı videoda:
Oxşar xəbərlər
Saxlanılan Oktay Kaynarcadan İLK AÇIQLAMA: "Alnım açıq, başım dikdir"
Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları çərçivəsində saxlanılan aktyor Oktay Kaynarcanın ilk açıqlaması yayılıb. BAKU.WS xəbər verir ki, o "...