"Yeraltı"ının final tarixi açıqlandı - Gözlənilməz ayrılıq yaşanacaq

Yeraltıının final tarixi açıqlandı - Gözlənilməz ayrılıq yaşanacaq
Foto
Şou-biznes 149

Türkiyənin böyük maraqla izlənilən seriallarından olan "Yeraltı" mövsüm finalına hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu ilin ən çox müzakirə olunan layihələrindən biri olan ekran işi 20 may tarixində yayımlanacaq 16-cı bölümlə mövsüm finalına çıxacaq.

Ssenarisi Berna Aruz tərəfindən qələmə alınan, rejissorluğunu isə Murat Öztürk edən serialın sezon finalında diqqətçəkən ayrılıq yaşanacaq.

Layihəyə "Kartal" obrazı ilə qatılan aktyor Cemal Hünal seriala vida edir.

Məlumata görə, onun canlandırdığı obraz sezon finalında baş verəcək sarsıdıcı hadisələrlə ekranlara vida edəcək.

Qeyd edək ki, "Yeraltı" yayımlandığı ilk gündən həm mövzusu, həm də aktyor heyəti ilə sosial şəbəkələrdə geniş rezonans doğurmağı bacarıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər