Xərçəng xəstəsi olan 48 yaşlı aktyorun SON HALI

Xərçəng xəstəsi olan 48 yaşlı aktyorun SON HALI
Foto
Şou-biznes 176

Amerikalı aktyor Ceyms Devid Van Der Bikin son halı pərəstişkarlarını kədərləndirib.

Xərçəng xəstəsi olan 48 yaşlı aktyorun SON HALI

BAKU.WS xəbər verir ki, iki ildir yoğun bağırsaq xərçəngindən əziyyət çəkən 48 yaşlı aktyorun son fotolarından biri yayılıb.

Şəkildə Ceyms Devid Van Der Bikin xeyli çəki atdığı və olduqca yaşlı göründüyü əks olunub.

Sosial şəbəkə istifadəçiləri aktyorun bu gün görkəmindən şoka düşüblər.

Xərçəng xəstəsi olan 48 yaşlı aktyorun SON HALI

Fotoya "Onun xərçəng xəstəliyindən bu qədər arıqladığını bilmirdim, bu, dəhşətdir", "Onun böyük fanatı deyiləm, amma onun bu qədər zəif və xəstə olduğunu görmək məni çox kədərləndirir", "Mən şoka düşürəm ki, sağlam və güclü bir adam necə dəyişə bilər" kimi şərhlər yazılıb.

Sağlam həyat tərzi ilə tanınan aktyor mütəmadi olaraq ağır atletika, pilates, üzgüçülük və sağlam qidalanma ilə məşğul olub. 2023-cü ildə onda bir şiş aşkar edilib. Van Der Bik diaqnozdan şoka düşdüyünü etiraf edib.

Ceyms yalnız müalicəsinin bir hissəsini başa vurduqdan sonra 2024-cü ilin noyabrında bu diaqnozu açıq elan edib.

Son xəbərlər