Vüsalə Əlizadə: "8 ildir qızımı axtarmırlar, nə bir zəng, nə bir mesaj..."

Vüsalə Əlizadə: 8 ildir qızımı axtarmırlar, nə bir zəng, nə bir mesaj...
Video
Şou-biznes 250

Aparıcı Vüsalə Əlizadə ilk dəfə qızı Diləkdən danışıb.

BAKU.WS xəbər verir ki, "Pərvizə görə" verilişinə qonaq olan aparıcı keçmiş həyat yoldaşı, aparıcı Azər Zahidin artıq 8 ildir ki, qızı ilə maraqlanmadığını bildirib:

"8 ildir Diləyi axtarmırlar. Nə bir zəng, nə bir mesaj... Heç bir halda axtarmırlar. Dilək artıq böyük qızdır. Hər şeyi başa düşür. Artıq 14 yaşı var. Onun ağlında pis fikir qalmasın deyə mən heç vaxt onu yönləndirmirəm. Görə biləcəyi xəbər portallarını belə onun üçün bloklamışam ki, görməsin. Çünki bəlli bir dönəm var idi. Mən istəmədim onun ürəyi yaralansın".

Qeyd edək ki, Vüsalə Əlizadə illər əvvəl aparıcı Azər Zahidlə evli olub. Onların bu elilikdən Dilək adlı bir qızı var.

Ətraflı videoda:

Son xəbərlər