Vera Brejneva terrorçular siyahısına salına bilər

Rusiya Federasiyasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsinin rəhbəri Vitali Borodin müğənni Vera Brejnevanın Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi göstərdiyini əsas gətirərək onun terrorçular siyahısına salınmasını tələb edib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Strasti" portalına açıqlama verib.
Müharibə başladıqdan sonra Rusiya Federasiyasını tərk edən və karyerasını xaricdə yenidən qurmağa çalışan Vera Brejneva rusiyalı pərəstişkarlarından uzaqlaşıb. O, artıq Ukrayna dilində danışır və açıq şəkildə Ukrayna ordusunu dəstəkləyib. Borodinin sözlərinə görə, bu faktlar müğənninin terror fəaliyyəti ilə əlaqələndirilməsi üçün yetərlidir.
"Vera Brejneva qazancının bir hissəsini Ukrayna Silahlı Qüvvələrinə göndərir," – deyə Vitali Borodin bildirib. O, aprelin 25-də bu məsələ ilə bağlı rəsmi sorğu göndərəcəyini də vurğulayıb.
Qeyd edək ki, Rusiyanı tərk etməsinə baxmayaraq, Vera Brejneva rus dilindəki mahnılarından tamamilə imtina etməyib. Xaricdə verdiyi konsertlərdə onu məşhurlaşdıran hitləri ifa etməyə davam edir.
Eyni zamanda, məlumatlara görə, Brejneva Moskvadakı daşınmaz əmlakını icarəyə verərək 300 min rubl gəlir əldə edir.
Oxşar xəbərlər
Gülay Zeynallı: "Allah hamımızı murdar insanlardan uzaq etsin!"
Müğənni Gülay Zeynallı açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ad çəkmədən atmacalı sözlər yazıb. "Bu həyatda pis...
