"Uzak Şehir"in aktrisasından saxlanılma qərarına REAKSİYA: "Son dərəcə narahatam!"

Uzak Şehirin aktrisasından saxlanılma qərarına REAKSİYA: Son dərəcə narahatam!
Foto
Şou-biznes 136

İstanbulda məşhurlara qarşı aparılan narkotik əməliyyatı çərçivəsində 14 nəfər barəsində saxlanılma qərarı verilib. Şübhəlilərdən 11-i saxlanılıb, 2 nəfər axtarışdadır, 1 nəfərin isə ölkə xaricində olduğu müəyyən edilib.

BAKU.WS xəbər verir ki, saxlanılanlardan biri də "Uzak Şehir" serialının aktrisası Sinem Ünsaldır.

O bu barədə sosial şəbəkə hesanında ilk açıqlama yayıb. Aktrisa qeyd edib ki, adının bu cür hallanmasına görə böyük təəssüf hissi keçirir:

"Çəkilişlərim səbəbilə Mardindəyəm. Yayılan xəbərləri indi öyrəndim. Adımın belə bir məsələdə çəkilməsindən son dərəcə narahatam. Ancaq həqiqətin tək olduğunu bilirəm və səlahiyyətli qurumların aparacağı prosesə hörmətlə yanaşıram. Üzərimə düşən nə varsa yerinə yetirmək üçün ən qısa müddətdə İstanbula gələcəyəm".

Xatırladaq ki, 33 yaşlı Sinem Ünsal İzmirdə doğulub. O Eskişehir Osmangazi Universitetinin "Ədəbiyyat" fakültəsini bitirib. Aktrisa kimi ilk dəfə "Mucize Doktor" serialında canlandırdığı Nazlı obrazı ilə tanınıb. Daha sonra "Gizli Saklı" və "Uzak Şehir" kimi layihələrdə rol alıb. Xüsusilə "Uzak Şehir" serialındakı performansı ilə yenidən gündəmə gəlib və son dövrün diqqət çəkən qadın aktrisalarından biri hesab olunur.

Onu da bildirək ki, İstanbul Anadolu Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində aralarında Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu (Norm Ender) və Enes Gülerin də olduğu 14 nəfər haqqında qərar çıxarılıb.

Son xəbərlər