Türkiyənin ən varlı MƏŞHURLARI ONLARDIR
Türkiyəli məşhurlar arasında sərvəti ilə gündəmə gələnlər az deyil. Bəzi müğənni və aktyorların bu sərvəti reklam çəkilişlərindən, rol aldıqları filmlərdən və konsertlərdən və bizneslərdən gəlir.
BAKU.WS Türkiyənin ən varlı 5 məşhurunun adını oxuculara təqdim edir:
Aktyor Burak Özçivit - 60 milyon dollar
18 ildir aktyorluqla məşğul olan Burak pulunu daha çox daşınmaz əmlaka yatırır. O Türkiyədən kənarda başqam ölkələrdəki tədbirlərə 100 000 dollar qarşılığında qatılır.
Aktyor Haluk Bilginer - 67 milyon dollar
Haluk Bilginer rol aldığı seriallarda bölüm başına 1 milyon lirə pul alır.
Müğənni Ajda Pekkan - 70 milyon dollar
Sənətçi daha çox reklam müqavilələrindən gəlir əldə edir.
Meqastar Tarkan - 75 milyon dollar
İfaçının sərvətini verdiyi silsilə konsertlər sayəsində əldə etdiyi bildirilir.
Müğənni İbrahim Tatlıses - 110 milyon dollar
110 milyon dolardan çox sərvəti olan Tatlıses gəlirini restoran, qida, geyim və media kimi sektorlardan əldə edir.
Oxşar xəbərlər
5 ədəd pomidora 450 lirə ödəyən Halil Ergün şikayətləndi
Məşhur aktyor Halil Ergün bahalıqdan və pensiyasının azlığından şikayətlənib. BAKU.WS xəbər verir ki, marketdən bazarlıq edən aktyor 5 ədəd pomidora 450 lirə (...