Türkiyəli məşhurların SƏRVƏTİ AÇIQLANDI
Reklam, film və serial sektorunda aktiv ollan bəzi türkiyəli tanınmışların sərvətləri açıqlanıb. Onların maliyyə vəziyyətindəki nəzərəçarpacaq artım müzakirələr yaradıb.
BAKU.WS sərvəti açıqlanan həmin məşhurların siyahısını təqdim edir:
Son illərdə rol aldığı seriallar və reklam layihələri ilə böyük maraq doğuran Hande Erçel qazancını əsasən daşınmaz əmlaka yatırır. Məlumatlara görə, onun ümumi sərvəti 249 milyon lirə dəyərində qiymətləndirilir.
"Muhteseşm Yüzyıl" serialı ilə şöhrətini artıran Meryem Uzerli isə uğurlu reklam müqavilələri sayəsində gəlirini əhəmiyyətli dərəcədə artırıb. Aktrisanın sərvətinin 320 milyon lirəyə çatdığı bildirilir.
Karyerasını hazırda İtaliyada davam etdirən Can Yamanın da maliyyə göstəriciləri diqqət mərkəzindədir. Onun sərvəti hazırda 311 milyon lirə təşkil edir.
Ailəsi ilə birlikdə Dubaya köçən aktyor Engin Altan Düzyatanın malik olduğu sərvət isə xüsusi maraq doğurur. Məlumatlara görə, tanınmış aktyorun sərvəti təxminən 50 milyon dollar civarındadır.
Rol aldığı seriallar və reklam layihələri ilə böyük rezonans yaradan Serenay Sarıkayanın da yüksək gəlirə sahib olduğu qeyd olunur. Onun ümumi mal varlığı 186 milyon lirədir.
Son zamanlar daha çox yüksək məbləğli reklamlara çəkilən Kıvanç Tatlıtuğun sərvəti 15 milyon dollar dəyərləndirilir.
Oxşar xəbərlər
Əməkdar artistin əyləncəli qış tətilindən görüntülər
Əməkdar artist Nailə İslamzadə xarici ölkələrdən birinə istirahətə yollanıb. BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkədə video paylaşıb. İzləyiciləri...