Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatları davam edir - Sərbəst buraxılanlar var

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatları davam edir - Sərbəst buraxılanlar var
Şou-biznes 89

Ötən gün İstanbuldakı narkotik əməliyyatı çərçivəsində tanınmış şəxslərin də daxil olduğu 14 nəfər barəsində saxlanılma qərarı verilib. Şübhəlilərdən 11-i saxlanılıb, 2 nəfər axtarışdadır, 1 nəfərin isə ölkə xaricində olduğu müəyyən edilib.

BAKU.WS xəbər verir ki, istintaq İstanbul Baş Prokurorluğu tərəfindən aparılıb və proses Jandarma Narkotik Cinayətləri Bölməsi ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Şübhəlilər barəsində "istifadə məqsədilə narkotik və ya psixotrop maddə əldə etmə, qəbul etmə və ya saxlama", eləcə də "narkotik vasitələrdən istifadə və onların təmin edilməsi" maddələri üzrə cinayət işi başlanıb.

Saxlanılan şəxslərdən analizlərin götürülməsi üçün Tibb Qurumuna aparılıb. Müayinələrdən sonra Mert Demir də daxil olmaqla 6 nəfər barəsində ölkədən çıxış qadağası olmaq şərtilə azadlığa buraxılıblar.

Digər tərəfdən, Burak Denizin də olduğu 5 şübhəli isə işlərinin davamı üçün ədliyyəyə göndərilib. Məhkəmənin qərarı ilə bu şəxslər də eyni şəkildə ölkədən çıxış qadağası tətbiq olunmaqla sərbəst buraxılıb.

Xatırladaq ki, İstanbul Anadolu Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində aralarında Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu (Norm Ender) və Enes Gülerin də olduğu 14 nəfər haqqında qərar çıxarılıb.

Səhər saatlarında keçirilən eyni vaxtlı əməliyyatlar zamanı 11 şübhəli saxlanılıb.

Digər 2 şübhəlinin qaçdığı, 1 nəfərin isə xaricdə olduğu bildirilib.

Son xəbərlər