Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı
Türkiyədə Atatürk Mədəniyyət Mərkəzi Türk Telekom Opera zalında azərbaycanlı bəstəkar Eldar Mansurovun "Simfonik Qravürlər" əsəri səsləndirilib.
BAKU.WS xəbər verir ki, proqramı Fuad İbrahimov idarə edib. Həmin gecədə tenor və Xalq artisti Yusif Eyvazov, soprano Hale Soner olub. Qonaq sənətçi isə Levent Yüksel olub.
Konsertdə Elm Yayma Cəmiyyəti İdarə Heyətinin sədri Bilal Ərdoğan, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmiləri və çoxsaylı musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl çıxış edən Mansurov əsərin daha böyük bir konsepsiyanın bir hissəsi olduğunu bildirib:
"Bu əsərlər ümumi bir konsepsiyanın bir hissəsidir. Lakin bunlara fərqli nümunələr, müxtəlif rəsmlər və fərqli əsərlər daxildir. Bu gün bu, musiqi toplantısıdır. Ümumi, simvolik bir adla təqdim olunur. Amma mən Türkiyə üçün xüsusi əsərlər də yazmışam".
Eldar Mansurovun əsərinin Atatürk Mədəniyyət Mərkəzində səslənməsi Türkiyə mətbuatında manşet olub.
"Eldar Mansurovun "Simfonik qravürlər" əsəri AKM-də səsləndirildi" başlıqlı məqalələr dərc olunub.
Qalereya
Oxşar xəbərlər
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz edibl...