Tünzalə Ağayeva ilə Samir Piriyev bu səbəbdən bir araya gəldilər
Xalq artisti Tünzalə Ağayeva sevimli müğənni Samir Piriyev ilə birlikdə yeni işbirliyinə imza atıb.
BAKU.WS xəbər verir ki, sənətçilərin "Sənin yanında" adlı duetləri işıq üzü görüb. Mahnının musiqisi bəstəkar Fərid Kərimli, sözləri isə Tural Xaniyə məxsusdur. Aranjıman Eşqin Ağayevə aiddir.
Sözügedən əsər üçün müğənnilər kamera qarşısısına da keçiblər. Klipin rejissoru Xəyal Murtuzov, operatoru isə Fərid İsmayılovdur.
Pop ulduzun saç və makiyajını tanınmış stilist Sabir Bağırov edib. Geyim rəssamı Xalq artistinin şəxsi stilisti Şamxal Ramazanlıdır.
Layihənin prodüseri isə Yalçın Cabbarovdur.
Ekran işi estrada ulduzunun şəxsi "Youtube"səhifəsində və bütün musiqi platformalarında yayımlanıb.
Oxşar xəbərlər
Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu
Müğənni Afət Fərmanqızının bloqer Sevinc Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdiyi şikayət icraata götürülüb. BAKU.WS oxu.az-a ist...