Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI

Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI
Foto
Şou-biznes 370

Müasir dünyada texnologiya yüksək səviyyədə inkişaf etsə də, bəzi məşhurlar bu yeniliklərə açıq deyil. Məsələn: elə tanınmışlar var ki, onlar telefon istifadə etmirlər və ya smartfondan imtina ediblər. Bəziləri isə bu avadanlıqlardan çox məhdud sayda istifadə edirlər. Bəzən bu qərar onların özəl həyatının ifşa olmaması, onlara qarşı yönələn diqqəti azaltmaq ya da sadəcə texnologiyadan uzaq qalmaq istəyindən irəli gəlir.

Bu dəfə BAKU.WS saytı olaraq telefon istifadə etməyən məşhurları araşdırdıq. Həmin siyahını oxuculara təqdim edirik:

Müğənni Ed Şiran

O telefondan imtina edən və istifadə etməyən ən məşhur musiqiçilərdən biridir. Onun 2015-ci ildən bəri "Smartfon"u yoxdur. Sənətçi yalnız "iPad" vasitəsilə e-mail ünvanına gələn mesajları oxuyur və cavab yazır.

Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI

Aktyor Kristofer Uolken

Aktyor nəinki telefon, hətta e-mail və bütün müasir texnologiyadan çox uzaq həyat tərzi sürür. "Smartfon"u da yoxdur.

Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI

Müənni Elton Con

Müğənni "Smartfon"undan tamamilə imtina edib və telefon əvəzinə ətrafındakı köməkçilər vasitəsilə əlaqə saxlayır. O sadəcə "iPad"dəki müəyyən funksiyalardan istifadə edir.

Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI

Müğənni Castin Biber

Sənətçinin telefonu yoxdur və şəxsi əlaqələr üçün "iPad" istifadə edir. Bununla ifaçı şəxsi sərhədlərini qorumağa çalışır. Bir zamanlar onun instaqram hesabı olub. Lakin indi həmin hesabı həyat yoldaşı Heyli Biber istifadə edir.

Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI

Aktyor Tom Kruz

Açıqlamalarından birində uzun illər "Smartfon" və e-mail istifadə etmədiyini bildirib. O həyatını texnologiyadan uzaq tutmağa çalışan ulduzlardandır.

Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI

Fenomen və sahibkar Saymon Kauil

"Smartfon" istifadə etmir. O ətrafındakı şəxslərə texnologiyaya çox bağlı olmamağı məsləhət görür.

Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI

Aktyor Vudi Harrelson

Bir neçə il əvvəl telefon sahibi olmadığını açıqlayıb. Aktyor bununla da özünü daim əlçatan hiss etmək istəmədiyini bildirib.

Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI

Aktyor Aziz Ansari

Onun "Smartfon"u yoxdur. Aktyor E-mail ünvanından belə istifadə etmir.

Telefondan istifadə etməyən DÜNYA MƏŞHURLARI - SİYAHI

Son xəbərlər