Tarkanın pulsuz konsertinə rekord maraq: 300 000 adam növbəyə dayandı

Tarkanın pulsuz konsertinə rekord maraq: 300 000 adam növbəyə dayandı
Şou-biznes 24

Meqatar Tarkanın Ankarada keçiriləcək pulsuz konserti üçün bilet paylanması böyük izdiham yaradıb.

BAKU.WS xəbər verir ki, iyunun 2-də saat 11:00-da başlayan qeydiyyat prosesində yüz minlərlə insan eyni anda sistemə daxil olmağa çalışıb.

İyunun 5-də baş tutacaq konsertə marağın yüksək olması səbəbindən təşkilatçılar xüsusi dəvətnamə sistemi tətbiq ediblər.

Təşkilat komitəsinin məlumatına görə, istifadəçilər növbə əsasında sistemə daxil olaraq pulsuz biletlər əldə edə biləcəklər. Növbəsi çatan şəxslərə SMS və elektron poçt vasitəsilə məlumat göndəriləcək.

Biletlərin əlçatan olduğu ilk dəqiqələrdən etibarən təxminən 300 000 nəfərin onlayn növbəyə qoşulduğu bildirilir. Böyük maraq səbəbindən platformada qısa müddətli texniki çətinliklərin yaşandığı da qeyd olunur.

Konsert iyunun 5-də Başkent Millet Bahçesi ərazisində keçiriləcək. Tədbir məkanının qapıları saat 17:00-da açılacaq, Tarkan isə səhnəyə saat 21:30-da çıxacaq.

Tarkan sosial şəbəkə hesabında "Görüşərik, Ankara!" mesajı ilə pərəstişkarlarına müraciət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər