Tan Taşçı konsertində BƏDBƏXT HADİSƏ İLƏ ÜZLƏŞDİ - ANBAAN GÖRÜNTÜ
Müğənni Tan Taşçı konsert zamanı gözlənilməz təhlükə ilə üzləşib. Hadisə İzmir şəhərində keçirilən çıxışı zamanı baş verib.
BAKU.WS xəbər verir ki, səhnədə tamaşaçılarla ünsiyyət quran sənətçi selfi çəkdirmək üçün səhnənin kənarına yaxınlaşıb və izləyicilərdən birinin telefonunu götürmək istəyib. Həmin anda səhnə dekorasiyasının bir hissəsi olan alov effekti sistemi qəfil işə düşüb.
Alov bir anda müğənninin üz nahiyəsinə yaxınlaşaraq saçının bir hissəsinin yanmasına səbəb olub. Qısa müddətli təşvişə baxmayaraq, Tan Taşçı səhnəni tərk etməyib və proqramını davam etdirib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir
Holivud ulduzu Cennifer Lopezin yeni sevgilisi var. BAKU.WS "Page Six"a istinadən xəbər verir ki, aktyor Benn Afflekdən ayrıldıqdan sonra uzun müddət tənha qal...