Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm"
"Taleyim belə gətirdi. Niyyətim yox idi. Valideynlərim həyatda olsaydı, bu yaşa qalmazdım. Babalarım da elə 40 yaşdan sonra evləniblər. Gec evlənməyimə peşman deyiləm".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Talıb Tale "Künc-bucaq" verilişində deyib.
İfaçı gec ailə qurmasına belə münasibət bildirib.
"Anı yaşamağın fərqinə varmayan insanlar deyir ki, birtəhər uşağımı böyüdüm. Bunu bir missiya kimi görürlər. Əsas bu prosesi yaşamaqdır. Gələcək onsuz da bilinmir, nə olacaq. Keçmiş də keçmişdə qalıb. Əsas anı yaşamaq lazımdır. Belə mövzularda cəmiyyətin fikrini o qədər də önəmsəmirəm.
Deyirlər ki, taylarının nəvəsi var. Varsa, var da. Ata olmaq məni daha həssas, məsuliyyətli etdi. Həyatı daha çox sevdim. Həyat yoldaşım qısqanc deyil"..
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...