Taleh Yüzbəyovun filmi Qazaxıstanda mükafata layiq görüldü

Taleh Yüzbəyovun filmi Qazaxıstanda mükafata layiq görüldü
Video
Şou-biznes 90

Aktyor Taleh Yüzbəyovun "Bəlkə də..." filmininin uğuru ölkə hüdudlarını aşıb.

BAKU.WS xəbər verir ki, ekran işi Qazaxıstanda keçirilən "Korkut ata" Film Festivalında mükafat layiq görülüb.

Film "Ən yaxşı senari" nominasiyasında qalib seçilib.

Taleh Yüzbəyov bu mükafatı alarkən çox həyəcanlandığını bildirib:

"İlk dəfə idi filmə görə mükafat alırdım. Həyəcanlı idim. Məni təəccübləndirən tədbirdən sonra prodüser, rejissor olan münsiflərin mənə yaxınlaşıb, qucaqlaması, ürək sözlərini deməsi idi. Filmi gözləmədiyim qədər bəyənmişdilər. Hətta bir neçə yaxşı təklif də aldım, vaxtı çatanda onları da deyəcəm".

Qeyd edək ki, filmin rollarında Taleh Yüzbəyov, İranə Kərimova, Əli Əlizadə, Nurlan Rüstəmov, Günay Əhməd, Əlixan Rəcəbov çəkiliblər.

Sujet xəttində yaxınlarını itirən iki insanın qəfil tanışlığı və zaman maşını ilə keçmişə qayıtmaq arzusundan bəhs edilir.

Festivaldan olan görüntüləri təqdim edirik:

Son xəbərlər