Taleh Yüzbəyovdan əkiz övladlarına təsirli TƏBRİK
Tanınmış aktyor Taleh Yüzbəyov sosial media hesabında əkiz övladlarının ad gününü səmimi mesajla qeyd edib.
BAKU.WS xəbər verir ki, aktyor oğlu Zeyd, qızı Banu və həyat yoldaşı, bloger Xatirə Yüzbəyova ilə birgə çəkilmiş görüntüləri paylaşaraq övladlarına ürək dolu sözlər ünvanlayıb:
"Nə yaxşı ki, bu qədər insanın içindən siz gəlib bizim övladlarımız oldunuz. Nə yaxşı ki, sizin ata və ananız bizik. Əslində sizinlə bağlı o qədər arzum var ki... Amma birini deyəcəyəm. İstəyirəm, bir gün sizinlə fəxr edim. İstəyirəm, bir gün siz mənimlə fəxr edə biləsiniz. Sağlam, ağıllı və yaxşı insan kimi böyüyün. Ad gününüz mübarək, Zeyd və Banu Yüzbəyovlar".
Oxşar xəbərlər
Aygün Kazımova ilə Murad Arif Bakıda möhtəşəm festivalda çıxış edəcəklər
Xalq artisti Aygün Kazımova ilə HITMAKER Murad Arif ölkənin ən böyük gözəllik festivalı "OliFest"də səhnəyə çıxacaq. BAKU.WS xəbər verir ki, festivalın ulduz q...