İstirahət günü Azərbaycanda güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək

İstirahət günü Azərbaycanda güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək
Şou-biznes 1334

İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 23-də paytaxtda axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 15-19° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% təşkil edəcək. Aprelin 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi metohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir. 

BAKU.WS

Oxşar xəbərlər

Sabah Azərbaycana dolu düşəcək - XƏBƏRDARLIQ

Sabah Azərbaycana dolu düşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif...

1310 Şou-biznes 14:12 21 aprel 2017

Son xəbərlər