Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz ediblər.
BAKU.WS xəbər verir ki, ən arzulanan duet ortaqları "Gəlirəm" adlı mahnı və klipi sevənlərinin ixtiyarına veriblər.
Sevgidən bəhs edən mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya məxsusdur. Duet illər öncəki nostalji hissləri yenidən canlandırıb.
Klipin rejissoru Delee Orucludur. Bir neçə məkanda lentə alınan ekran işində Aygün və Namiq üç fərqli obrazda kamera qarşısına keçiblər.
Klipin ən çox diqqət çəkən məqamlarımdan biri isə pop divanın gəlinlik libasında görüntülənməsi olub.
Ölkənin əsas ulduzu Aygün Kazımova və söz ustadı Namiq Qaraçuxurlunun "Gəlirəm" klipinin obrazları üzərində dünya şöhrətli modelyer-dizayner Rüfət İsmayıl və stilist Ruxa çalışıb.
Yeni duet bütün musiqi platformalarında təqdim edilib.
Mahnının aranjimani Rasim Əsgərov və Dahin Malikə aiddir.
Qeyd edək ki, Aygün və Namiqin bir neçə gün əvvəl gözlənilmədən anons paylaşması sevənləri üçün əsil sürpriz olub və ölkə gündəmini zəbt edib.
Oxşar xəbərlər
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
Xalq artisti Röya Ayxan bəstəkar-müğənni Kazım Can ilə yeni duetini təqdim edib. BAKU.WS xəbər verir ki, "Dosta" adlanan mahnı artıq dinləyicilərin ixtiyarında...