Son 25 ilin ən aktual TÜRK SERİALLARI - SİYAHI
Türkiyədə 2000-ci ildən başlayaraq çəkilən bəzi serialları uğurlu ekran işləri sırasına aid etmək olar. Bu seriallardan bir neçəsi nəinki Türkiyədə, hətta ölkə hüdudlarından kənarda da yetərincə sevilərək izlənildi və xeyli reytinq yığdı. Ekran işlərinin bəziləri uzun illər keçsə də, ya obrazları ilə ya da müəyyən replikaları ilə dillərdən düşmür.
Bu dəfə BAKU.WS saytı olaraq son 25 ilin ən aktual seriallarını araşdırdıq. Həmin serialların siyahısını oxuculara təqdim edirik:
"Kara Sevda" serialı
"Kara Sevda" serialı ilk dəfə 2017-ci ildə yayımlanıb. Bu ekran işi Türkiyə serial tarixində uğurlu layihə kimi dəyərləndirilir. Serial dünyanın 110-dan çox ölkəsində yayımlanaraq 50-dən artıq dilə çevrilib. Bunlar arasında İtaliya ilə yanaşı, Rusiya, Yunanıstan, Macarıstan, İran, Fransa, Serbiya, Ruminya, Almanya, İraq, İspanya, Meksika kimi ölkələr var. "Kara Sevda" ABŞ-də ən çox izlənilən türk serialı olub. Sujet xəttində Kemal Soydere adlı gənclə varlı Nihan Sezen adlı qızın eşq hekayəsindən bəhs edilir. Rollarda Neslihan Atagül Doğulu, Burak Özçivit və Kaan Urgancıoğlu kimi aktyorlar çəkiliblər.
"Yaprak Dökümü" serialı
Reşat Nuri Güntekinin eyni adlı romanının motivləri əsasında çəkilən "Yaprak Dökümü" 2006-2010-cu illərdə ekranlara gəlib. Halil Ergün, Güven Hokna, Bennu Yıldırımlar, Deniz Çakır, Tolga Karel, Caner Kurtaran, Hasan Küçükçetin, Gökçe Bahadır, Fahriye Evcen, Bedia Ener kimi aktyorların rol aldığı ekran işi bu gün də təkrar bölümləri ilə tamaşaçılar qarşısına çıxır.
"Aşk-ı Memnu" serialı
2008-2010-cu illərdə yayımlanan və ilk günündən etibarən tamaşaçıları ekran başına toplayan "Aşk-ı Memnu" serialının rejissoru Hilal Saraldır. Ssenarisi Ece Yörenç və Melek Gençoğlu tərəfindən qələmə alınan serial bu gün də təkrar bölümləri ilə reytinq rekordları qırır. Bihter və Behlülün mümkünsüz sevgisi illər keçsə də unudulmaz olaraq qalır, serial həm kostyumları, həm də ikonik replikaları ilə gündəmdən düşmür.
"Muhteşem Yüzyıl" serialı
2011-2014-cü illərdə ekranlara gələn serial Osmanlı İmperiyasının padşahı Sultan Süleyman Qanuninin saray həyatından bəhs edir. Burada aktyorlar Halit Ergenç, Meryem Uzerli, Okan Yalabık, Nebahat Çehre, Selma Ergeç və Nur Fettahoğlu baş rolları bölüşüb. Serial finalından illər keçməsinə baxmayaraq, səhnələri ilə sosial mediada hələ də gündəm olur.
"Öyle Bir Geçer Zaman ki" serialı
2010-2013-cü illərdə yayımlanan "Öyle Bir Geçer Zaman ki" serialının rejissoru Zeynep Günaydır. Senarisini Coşkun Irmakın yazdığı layihə Farah Zeynep Abdullah, Aras Bulut İynemli, Yıldız Çağrı Atiksoy və Emir Berke Zincidi kimi aktyorların tanınmasına səbəb olub. Ayça Bingöl və Erkan Petekkayanın baş rolları paylaşdığı ekran əsəri bu gün də təkrar bölümləri ilə yayımlanır.
"Ezel" serialı
2009-2011-ci illərdə ekrana gələn "Ezel" serialında Kenan İmirzalıoğlu, Cansu Dere, Yiğit Özşener, Barış Falay, Haluk Bilginer və Tuncel Kurtiz rol alıblar. Uluç Bayraktarın rejissorluğunu etdiyi serial Latın Amerikası ölkələrinə satılan ilk türk serialı olub və ümumilikdə 150 ölkəyə satışı həyata keçirilib.
"Kurtlar Vadisi" serialı
İlk bölümü 2003-cü ildə yayımlanan "Kurtlar Vadisi" tamaşaçıların qəlbində xüsusi yer tutan layihədir. Necati Şaşmaz, Oktay Kaynarca, Özgü Namal və Gürkan Uygun kimi aktyorların yer aldığı serial 4 mövsüm davam edib. Senarisini Ahmet Yurdakul, Raci Şaşmaz, Bahadır Özdener və Mehmet Turgutun yazdığı ekran işinin rejissorluğunu Osman Sınav, Mustafa Şevki Doğan və Serdar Akar ediblər. İllər keçsə də, "Kurtlar Vadisi" serialı Süleyman Çakır, Polat Alemdar və Memati kimi obrazları ilə gündəmdən düşmür.
"Asmalı Konak" serialı
2002-2003-cü illərdə yayımlanan layihə Kapadokiyada çəkilib. "Asmalı Konak"ın baş rollarında Nurgül Yeşilçay, Özcan Deniz və Selda Alkor çəkiliblər. Senarisini Mahinur Ergun və Meral Okayın yazdığı serialın hər bölümü böyük maraqla qarşılanıb. Rejissor kürsüsündə Çağan Irmağın əyləşdiyi "Asmalı Konak"serialının final bölümü 25,90 reytinq alaraq rekorda imza atıb.
Oxşar xəbərlər
2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR
Hər il olduğu kimi 2025-ci il də şou-biznes aləmi üçün müsbət və mənfi hadisələrlə yadda qaldı. Bu il mülkünə mülk qatıb 500 min, 800 min, 1 milyon AZN-ə ev ala...