Selena Qomezin milyonlarla dollara başa gələn toyundan BU VİDEO YAYILDI
Müğənni Selena Qomezin milyonlarla dollara başa gələn toyundan bir video yayılıb.
BAKU.WS xəbər verir ki, görüntüləri sənətçinin həmkarı və rəfiqəsi Teylor Svift çəkib.
Kadrlarda Selenanın özəl günün də özünü çox xoşbəxt hiss etdiyi anlar əks olunub.
ABŞ mətbuatında yayılan məşlumata görə, ifaçının toyuna 4 milyon dollar dollar xərclənib.
Bu qədər təmtəraqlı toyun görüntüsü isə mətbuata Teylorun telefonundan sızıb.
Xatırladaq ki, Selena Qomez və musiqiçi Benni Blanko sentyabrın 27-də ailə qurub.
Toy Santa Barbarada təşkil edilib.
Onu da qeyd edək ki, 2023-cü ilin dekabrında münasibətə başlayan cütlük 2024-cü ilin dekabrında nişanlanıb.
Oxşar xəbərlər
57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir
Holivud ulduzu Cennifer Lopezin yeni sevgilisi var. BAKU.WS "Page Six"a istinadən xəbər verir ki, aktyor Benn Afflekdən ayrıldıqdan sonra uzun müddət tənha qal...