Şakiranın Qətər konserti təxirə salındı
25
mar
2026
21:34
Məşhur müğənni Şakiranın "Las Mujeres Ya No Lloran World Tour" çərçivəsində Qətərdə keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.
BAKU.WS-in CNN-ə istinadən verdiyi məlumata görə, Dohadakı Stadium 974 stadionunda keçirilməsi nəzərdə tutulan tədbir Yaxın Şərqdəki hərbi gərginlik səbəbindən başqa tarixə keçirilib.
Bildirilib ki, aprelin 1-nə planlaşdırılan konsertin yeni tarixi hələ açıqlanmayıb.
Qeyd olunub ki, biletləri əvvəlcədən alan şəxslər istədikləri halda ödənişlərini geri ala bilərlər. Eyni zamanda, biletlər növbəti konsert üçün də keçərli olacaq.
Oxşar xəbərlər
57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir
Holivud ulduzu Cennifer Lopezin yeni sevgilisi var. BAKU.WS "Page Six"a istinadən xəbər verir ki, aktyor Benn Afflekdən ayrıldıqdan sonra uzun müddət tənha qal...