Roza Zərgərli bu səbəbdən videolarını rus dilində paylaşır

Roza Zərgərli bu səbəbdən videolarını rus dilində paylaşır
Şou-biznes 655

"Kütlənin çoxu xaricdə olduğu üçün onlar mənim ana dilimi bilmirlər. Amma nə xoş ki, xarici dövlətlərdə arda-arda 5000-7000 nəfərlik zallarda konsert verəndə həm rus dilində, həm öz dilimizdə danışıram. Onlar isə məni başa düşürlər".

BAKU.WS xəbər verir ki, bu sözləri "Zarafat Bir Yana" şousuna qonaq olan müğənni Roza Zərgərli deyib.

Sənətçi ona ünvanlanan "Niyə postlarınızı rus dillində paylaşırsınız" sualınə cavablandırıb.

Zərgərli qeyd edib ki, ona qulaq asan və konsertinə gələn insanlar arasında rus dilli adamlar çoxdur. O səbəbdən o postlarının bəzilərində rus dilində danışaraq paylaşır:

"Hazırda beynəlxalq dillər rus-ingilis dilləri olduğu üçün çalışıram ki, mənə pərəstiş edən kütlənin hamısı məni anlasın. Azərbaycanda rus dilini bilməyən yoxdur. Ola bilər ki, mükəmməl ya da zəif bilsinlər. Ona görə hörmət naminə məcbur olaraq bir çox postlarımı rus dilində paylaşıram. Çünki rus dilli kütləyə müraciət edirəm. Mən öz dilimi konsertimdə təbliğ etmək üçün məcburiyyətdən bəzi postlarımı rus dilində danışıram".

Ətraflı videoda:

Son xəbərlər