Roza Zərgərli 130 min adam qarşısındakı konsertindən görüntülər paylaşdı

Roza Zərgərli 130 min adam qarşısındakı konsertindən görüntülər paylaşdı
Video
Şou-biznes 181

Müğənni Roza Zərgərli sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, İnstaqram-da Qazaxstanın Aktau şəhərindəki konsertdən video paylaşıb.

O qeyd edib ki, Azərbaycandan kənarda başqa bir ölkədə 130 000 musiqisevər qarşısında çıxış etmək qürurverici hisdir:

"Mənim gözəl azərbaycanlılarım, gözəl millətim mənimlə qürur duyduğunuz kimi mən də sizinlə qürur duyuram. Yazdığınız şərhləri tək tək oxuyuram. Çox sağ olun dəstəyiniz üçün... Qazaxstanın Aktau şəhərindəki 130 000 tamaşaçının Azərbaycan musiqisinə olan sevgisini sizinlə paylaşıram...".

Xatırladaq ki, ifaçının "İstədim" adlı mahnısı il ərzaində trend olub və yutubda 94 000 000 izlənilib.

Son xəbərlər