Röya Ayxanın qardaşından Zülfiyyə Xanbabayevaya HƏDİYYƏ
"İsmayıl bəstəkarlığa yaman başlayıb. O Xalq artisti Zülfiyyə Xanbabayevaya da çox gözəl mahnı yazıb və hədiyyə edib. Dinlədim çox bəyəndim".
BAKU.WS xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xalq artisti Röya Ayxan deyib.
O qardaşı İsmayılın zövqlü mahnılar yazdığını vurğulayıb. Sənətçi onu da bildirib ki, qardaşı mahnıları türk dilində yazır onu oxumaq üçün özü Azərbaycan dilinə çevirir:
"İsmayılda isə radio, televiziya aranjımançı sahəsində təhsil alıb. O həm də çox gözəl bəstəkar-şairdir. Sadəcə olaraq türk dilində yazır. Bütün dostlarım ona sual verdi ki, "Belə gözəl qə.əng mahnını öz bacına niyə verməmisən?" İsmayıl mənə dedi ki, sənə gözəl mahnılar yazmışam. Mən isə ona dedim bu dünyada ayaq üstə dayanmaq istəyirsənsə hamı ilə çalışacaqsan. Tək bacımdır, Röyadır, deyə olmayacaq. Sənin bir mahnını oxuyuram. Qalanını da hər müğənnidən eşitmək istəyirəm".
Xatırladaq ki, İsmayıl Cansu adlı xanımla ailə qurub. Cütlük Türkiyədə yaşayır.
Oxşar xəbərlər
Məlik Dadaşov Zauru imtahandan kəsib
Mərhum Xalq artisti Məlik Dadaşov illər əvvəl aparıcı Zaur Kamalı imtahandan kəsib. BAKU.WS xəbər verir ki, bu barədə o "Həmin Zaur" verilişində aparıcı Zaur ö...